\
26 Aprel 2024 - Cümə

"Neftçi" UEFA reytinqində Azərbaycanın aktivinə növbəti reytinq xalını yazdırıb

"Neftçi" UEFA reytinqində Azərbaycanın aktivinə növbəti reytinq xalını yazdırıb
1332baxış

"Neftçi" klubu UEFA reytinqində Azərbaycanın aktivinə növbəti reytinq xalını yazdırıb.

Mediapress.az-ın məlumatına görə, bu, Avropa Liqasında İsrail "Bney Yehuda"sı ilə 2:2 hesablı heç-heçə ilə nəticələnmiş III təsnifat mərhələsinin ilk görüşündən sonra baş verib. Bu nəticə ölkə reytinqinə 0,125 xal gətirib. Bununla da Azərbaycanın xalları 17,500-ə çatıb.

Lakin reytinq siyahısında irəliləmək mümkün olmayıb. Daha irəli pillələrdəki ölkələrdən İsrailin 19,125 xalla 23-cü, Belarus 18,375 xalla 24-cü, Qazaxıstan 18,250 xalla 25-cidir.

Qeyd edək ki, daha əvvəl "Qarabağ" Kiprdə APOEL üzərində 2:1 hesablı qələbə sayəsində Azərbaycana 0,250 xal qazandırıb. Bu mövsüm əldə olunmuş 2,125 xalın 1,125-i (4 qələbə, 1 heç-heçə) "Neftçi"yə, 1,000-ı (3 qələbə, 2 heç-heçə) isə "Qarabağ"a məxsusdur.