\
25 Aprel 2024 - Cümə axşamı

Türkiəyni ziyarət edən Ermənistan vətəndaşlarının sayı artıb

Türkiəyni ziyarət edən Ermənistan vətəndaşlarının sayı artıb
1402baxış

Son illər Türkiyəni ziyarət edən Ermənistan vətəndaşlarının sayı artıb.

“Report” “news.am”a istinadən xəbər verir ki, bu məlumatı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Bildirilib ki, cari ilin yanvar-iyun dövründə Türkiyəni ziyarət edən Ermənistan vətəndaşlarının sayı 23 min 160 nəfər olub. Bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 15 faiz çoxdur.

Cari ilin iyun ayında Türkiyəyə Ermənistanın 5 min 67 vətəndaşı səfər edib. Bu, hesabat dövrü ilə müqayisədə 22 faiz çoxdur.

Ermənstan vətəndaşları Türkiyəyə daha çox ticarət məqsədi ilə gedirlər. Onlar hesab edir ki, Türkiyədə istehsal olunan mallar İran məhsullarından keyfiyyətli və sərfəlidir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Yerevanın türk dövlətinə iddialarına cavab olaraq bildirib: “Türkiyədəki 170 min erməninin 100 mini Türkiyə vətəndaşı deyil. Ancaq bu yüz mini ölkəmizdə saxlayırıq. Ancaq sabah lazım gələrsə, bu yüz minə "hadi məmləkətinizə" deycəyəm, bunu edəcəyəm”.