\
16 Aprel 2024 - Çərşənbə axşamı

“Sumqayıt Kimya Sənaye Parkı” ötənilki gəlirinin 99%-ni xərcləyib

“Sumqayıt Kimya Sənaye Parkı” ötənilki gəlirinin 99%-ni xərcləyib
1345baxış

İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC 2018-ci ildə 10,95 milyon manat gəlir əldə edib.

Mediapress.az” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, 10,5 milyon manatı əsas, 450 min manatı isə sair əməliyyat gəlirləridir.

Hesabat dövründə isə qurumun xərcləri onun gəlirlərinin 99%-i qədər – 10,83 milyon manat təşkil edib. Bunun 134 min manatı istifadə edilmiş material ehtiyatları üzrə xərclər, 1,022 milyon manatı işçi heyəti üzrə xərclər, 4,211 milyon manatı amortizasiya xərcləri, 5,072 milyon manatı digər əməliyyat xərcləri, 391 min manatı isə sair əməliyyat xərcləridir.