\
20 Aprel 2024 - Şənbə

Rusiya XİN: Qarabağın statusu Azərbaycanla Ermənistan arasında danışıqlarda təyin olunmalıdır

Rusiya XİN: Qarabağın statusu Azərbaycanla Ermənistan arasında danışıqlarda təyin olunmalıdır
1412baxış

Rusiya ATƏT-in Misk qrupunun həmsədri kimi Dağlıq Qarabağmünaqişəsilə bağlı sülh danışıqlarında irəliləyişə nail olmaq üçün tərəflərə kömək etməyə çalışır.

Mediapress.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

“Azərbaycanla Ermənistan arasındakı təmas xəttində bu gün nisbi sakitlik olduğunu məmnuniyyətlə qeyd edirik. Bununla belə, tərəflərin hələ də müxtəlif bəhanlərlə qarşılıqlı ittihamlar irəli sürməsi bizi narahat edir”, - deyən Rusiya rəsmisi bu cür bəyanatların danışıqlar üçün əlverişli ab-hava yaranması, bununla da münaqişənin həlli üçün güzəştli variantların tapılması məramı ilə üst-üstə gəlmədiyini qeyd edib.

“Rusiya Dağlıq Qarabağın yekun statusunun Azərbaycanla Ermənistan arasında danışıqlar vasitəsilə təyin olunmasının zəruri olduğunu düşünür”, - deyən rəsmi Moskvanın məsələyə dair mövqeyində hər hansı dəyişikliyin olmadığını diqqətə çatdırıb: “ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq Bakı və Yerevanla yaxın mübasibətlərimizi də nəzərə alaraq barışıq prosesini hərtərəfli irəli aparmaqda dəstək verməyə davam edirik”.