\
29 Mart 2024 - Cümə

“Hərbi-tibbi estafet” müsabiqəsi davam edir - - VİDEO

“Hərbi-tibbi estafet” müsabiqəsi davam edir - - VİDEO
1380baxış

Azərbaycan Ordusunun hərbi həkimlərinin də iştirak etdiyi “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsinin növbəti mərhələsi baş tutub. 

Müdafiə Nazirliyindən Mediapress.az-a verilən məlumata görə, hərbi həkimlərimiz həmkarları ilə birgə maneələr zolağını dəf etmədə və ixtisas hazırlığında öz bacarıqlarını sınayıblar.

Hakimlərin qərarına əsasən 11 komanda arasında Azərbaycan heyəti hazırda 5-ci yerdə qərarlaşıb.