\
26 Aprel 2024 - Cümə

DİN-dən Bakını bir-birinə qatan qurbanlıq öküzlə bağlı açıqlama (VİDEO)

DİN-dən Bakını bir-birinə qatan qurbanlıq öküzlə bağlı açıqlama (VİDEO)
1396baxış
Dünən nəqliyyatın hərəkətinə mane olan öküzlə bağlı DİN məlumat yayıb.
 
Mediapress.az-a verilən məlumatda bildirilir ki, avqustun 9-da saat 17:00 radələrində S.Bəhlulzadə küçəsi 20 A-nın qarşısında Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Elbrus Fazil oğlu Təhməzova məxsus öküz qaçaraq Nəsimi və Nərimanov rayonu ərazilərində əhalinin həyat və sağlamlığı üçün təhlükə yaradıb, həmçinin, hərəkətdə olan avtomobillərə maddi ziyan vurub.
 
Buna görə də öküz saat 19:00-da Ziya Bünyadov prospekti 2096-cı məhəllədə ƏÇPA-nın əməkdaşları tərəfindən zərərləşdirilib.