\
25 Aprel 2024 - Cümə axşamı

Tanzaniyada yanacaq daşıyan avtomobil partlayıb, 60-dək adam yanaraq ölüb

Tanzaniyada yanacaq daşıyan avtomobil partlayıb, 60-dək adam yanaraq ölüb
1330baxış

Tanzaniyanın şərq bölgəsində yanacaq daşıyan tanker avtomobilinin partlaması və yanması nəticəsində 60-dək adam ölüb, 70 nəfər də ağır xəsarətlər alıb.

Mediapress.az” “The Citizen”ə istinadən xəbər verir ki, hadisə Moroqoro şəhərində baş verib. Belə ki, qəza keçirərək aşan avtomobildən tökülən yanacağın alışması ilə partlayış baş verib. Dağılan yanacağı yığmaq üçün hadisə yerinə toplaşan bir qrup motosikl sürücüsü və səyyar yemək satıcılarından çoxu diri-diri yanıb.

Bəzi ifadələrə görə bu partlayış bir nəfərin siqarət çəkə-çəkə yanacaq götürmək üçün avtomobilin üstünə dırmaşmasından sonra baş verib..