\
25 Aprel 2024 - Cümə axşamı

"Trabzonspor" Azərbaycan millisinin sabiq futbolçusunu icarəyə verib

"Trabzonspor" Azərbaycan millisinin sabiq futbolçusunu icarəyə verib
1408baxış

Türkiyənin "Trabzonspor" klubu Azərbaycan millisinin sabiq futbolçusu Murat Cem Akpınarı icarəyə verib. 

Mediapress.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi bir il ərzində ölkənin səviyyəcə üçüncü liqasında çıxış edən "Hekimoğlu Trabzon"da çıxış edəcək. 

Qeyd edək ki, Murat Cem Akpınar daha öncə Azərbaycan və Türkiyənin əsas yığmaları arasında seçim etmədiyini bildirib. Yarımmüdafiəçi Azərbaycanın U-17 yığmasında çıxış edib. Milliyə 2016-cı ildə Təbriz Həsənovun baş məşqçi olduğu vaxt dəvət alan futbolçu 13 oyuna 2 qol vurub. 

“Trabzonspor”un aşağı yaş qruplarından ibarət komandasından yetişən oyunçu 2018/2019 mövsümündə Türkiyə Super Liqasında 6 oyuna 1 qolla yadda qalıb.