\
24 Aprel 2024 - Çərşənbə

Kim Trampa görüşməyi təklif edib

Kim Trampa görüşməyi təklif edib
1407baxış

ABŞ prezidenti Donald Tramp Şimali Koreya dövlət başçısı Kim Çen Indan görüşmək təklifi alıb.

Mediapress.az” xəbər verir ki, bu barədə “Twitter”də yazan D.Tramp Şimali Koreya liderindən aldığı məktubda ABŞ ilə Cənubi Koreya birgə hərbi təlimləri başa çatandan sonra görüşmək təklifinin irəli sürüldüyünü bildirib.

Yaxın günlərdə görüşməyə hazır olduğunu qeyd edən ABŞ prezidenti həmçinin Kim Çen In tərəfindən bu yaxınlarda qısa mənzilli ballistik raket buraxdıqları ilə bağlı “yüngülvari üzrxahlıq” ifadə olunduğunu da diqqətə çatdırıb.

“Mənə göndərdiyi məktubda Kim Çen In ABŞ ilə Cənubi Koreyanın birgə təlimləri başa çatan kimi görüşərək danışıqlara başlamaq arzusunda olduğunu çox nəzakətli tərzdə çatdırıb” – deyə D.Trampın paylaşımında qeyd olunur.