\
9 May 2024 - Cümə axşamı

Çində "Lekima" qasırğası nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb

Çində "Lekima" qasırğası nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb
1352baxış

Çində "Lekima" qasırğasının törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

Bu barədə "Mediapress.az" "CGTN"ə istinadən xəbər verir. Məlumata görə, itkin düşənlərin sayı 16 nəfərdir. Hazırda itkin düşənlərin axtarışları davam etdirilir.

Ümumilikdə, qasırğa səbəbindən 1 milyondan çox insan təxliyə edilib. 

"Lekima" hazırda şimal istiqamətində Şandun vilayətinə doğru hərəkət edir. Güman olunur ki, günün sonunda qasırğa vilayətin sahillərinə çatacaq qasırğa güclü külək və şiddətli yağışlar gətirəcək.