\
20 Aprel 2024 - Şənbə

Bakıda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Bakıda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
1346baxış

Bakıda yol qəzası baş verib. 

Mediapress.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda Azadlıq prospekti ilə Məsud Davudoğlu küçəsinin kəsişməsində qeydə alınıb. 

Belə ki, iki minik avtomobili toqquşub. Nəticədə ikisi qadın olmaqla üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda müalicələri davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır.