\
29 Mart 2024 - Cümə

Qadın əməliyyatdan 1 saat sonra öldü - Gəncədə

Qadın əməliyyatdan 1 saat sonra öldü - Gəncədə
1511baxış
Gəncə şəhərində qadın əməliyyatdan sonra ölüb. 
 
Mediapress.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Goranboy rayon sakini, 1981-ci il təvəllüdlü Samirə Əliyeva Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın Cərrahiyyə şöbəsində düz bağırsağın uşaqlıq yoluna sallanması (rektosle) diaqnozu ilə əməliyyat olunub. 
 
S. Əliyeva əməliyyatdan 1 saat sonra xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.