\
29 Mart 2024 - Cümə

Qubada toy karvanında qəza olub, xəsarət alan var

Qubada toy karvanında qəza olub, xəsarət alan var
1385baxış

Quba rayonunda toy karvanında qəza baş verib.

Mediapress.az Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba Olimpiya İdman Kompleksinin yaxınlığında qeydə alınıb. 

Belə ki, "VAZ-2107" markalı iki avtomobil toqquşub. Nəticədə sürücülərdən birinin həyat yoldaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.