\
26 Aprel 2024 - Cümə

Mərhum pilotumuz harada dəfn ediləcək?

Mərhum pilotumuz harada dəfn ediləcək?
1455baxış
Xəbər verdiyimiz kimi, 24.07.2019-cu ildə axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.
 
Mediapress.az unikal.org-a istinadən xəbər verir ki, politoloq Qabil Hüseynli açıqlamasında bildirib ki, Rəşad Atakişiyevin cənazəsi Təzə Pir Məscidinə gətiriləcək.
 
Mərhumla vida mərasimi sabah saat 9-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil olunacaq. 
 
Rəşad Atakişiyevin nəşi ikinci Fəxri Xiyabanda dəfn oluncaq.