\
16 Sentyabr 2019 - Bazar ertəsi

Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb - RƏSMİ

Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb - RƏSMİ
1128baxış

Bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

Bu barədə Mediapress.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Allah rəhmət eləsin!