\
19 Aprel 2024 - Cümə

Mehriban Əliyeva Rəşad Atakişiyevin ailəsinə başsağlığı verib (FOTO)

Mehriban Əliyeva Rəşad Atakişiyevin ailəsinə başsağlığı verib (FOTO)
1976baxış
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Silahlı Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevinailəsinə başsağlığı verib.
 
Mediapress.az APA-ya istinadən xəbər verir ki, Mehriban Əliyeva pilotun vida mərasiminə əklil də göndərib.
 
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.
 
Pilot bu gün II Fəxri Xiyabanda torpağa tapşırılıb.