\
17 Sentyabr 2019 - Çərşənbə axşamı

"Xankəndində, Şuşada da ASAN Xidmət mərkəzləri açacağıq!" - Ülvi Mehdiyev

"Xankəndində, Şuşada da ASAN Xidmət mərkəzləri açacağıq!" - Ülvi Mehdiyev
561baxış

Mediapress.az xəbər verir ki, 5 sentyabr 2019-cu il tarixində Beyləqan hərbi birliyində “Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib. 5 gün davam edəcək düşərgə "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılır.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev də çıxış edib. O, Cocuq Mərcanlıda “Hərbiyyə-101” düşərgəsi çərçivəsində hərbiçi zabitlər, "ASAN Könüllüləri" ictimaiyyət nümayəndələri qarşısında çıxışı zamanı bildirib ki, tezliklə işğal altında olan torpaqlarımız da düşmınlərdən azad ediləcək və öz doğma torpaqlarımızda ASAN Xidmət mərkəzlərinin açılacaq:

Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgəriyik. Azərbaycan müharibə şəraitində yaşayır. Müharibə hələ bitməyib. Cocuq Mərcanlı bizim əsas hədəfə çatmağımız üçün müvvəqqəti dayanacaqdır. Cocuq Mərcanlı Azərbaycan tarixində şanlı bir səhifədir. Azərbaycan Ordusu güclüdür, Ordumuza güvən hər zaman artır. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən azad edək. Şəhidlərimizin qısasını alacağıq, Xankəndində, Şuşada da ASAN Xidmət mərkəzləri açacağıq"!