\
17 Sentyabr 2019 - Çərşənbə axşamı

YAP Siyasi Şurasının işsiz qalan üzvləri (SİYAHI)

YAP Siyasi Şurasının işsiz qalan üzvləri (SİYAHI)
185baxış
Yeni Azərbaycan Partiyasının ali orqanlarından olan Siyasi Şura üzvlərindən səkkiz nəfəri işsizdir.
 
YAP-ın rəsmi sənədində onlar "müvəqqəti işləmir” kimi qeyd olunublar. Onların sırasında sabiq  nazirlər, Prezident Adminsitrasiyasının şöbə müdiri, icra başçıları var.
 
Bunlar olunan İsmət Abbasov, Hüseynqulu Bağırov, Elnur Aslanov, Fatma Abdullazadə, Musa Musayev, Vaqif Hüseynov və Rizvan Vahabovdur.
 
Partiya sənədində işsiz kimi qeyd olunan İsmət Abbasov və Hüseynqulu Bağırov müvafiq olaraq kənd təsərrüfatı və ekologiya, təbii sərvətlər naziri işləyiblər.
 
Elnur Aslanov Prezident Administrasiyasının təhlil və analiz şöbəsinə rəhbərlik edib. Fatma Abdullazadə isə PA-da humanitar şöbəni kurasiya edib. Musa Musayev Milli Məclisin deputatı, dahan sonra Naftalan şəhər icra hakimiyyətinin başçsı işləyib.
 
Bu şəxslər müxtəlif dövrlərdə vəzifələrindən azad olunublar.
 
Digər işsiz olanlar Vaqif Hüseynov və Rizvan Vahabovdur.
 
Onlar Hazırda Yeni Azərbyacan Partiyasının Siyasi Şurasının üzvüdürlər.(Azpost.info)