\
17 Sentyabr 2019 - Çərşənbə axşamı

Azərbaycanla Aİ arasında yeni sazişə dair videokonfranslar keçiriləcək

Azərbaycanla Aİ arasında yeni sazişə dair videokonfranslar keçiriləcək
189baxış

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni sazişə dair danışıqlar çərçivəsində bu həftə videokonfranslar təşkil olunacaq.

Bu barədə “Mediapress.az”a Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

O, bu həftə üç videokonfransın nəzərdə tutulduğunu qeyd edib: “Sonra da sazişlə bağlı yeni görüşün tarixi müəyyənləşdiriləcək. Çox güman, görüş Brüsseldə keçiriləcək”.

Bundan əvvəl diplomat ən yaxın vaxtda Azərbaycanla Aİ arasında yeni sazişlə bağlı danışıqları başa çatdıracaqlarına ümidvar olduğunu bildirmişdi.