\
17 Sentyabr 2019 - Çərşənbə axşamı

Azərbaycan millisinin 2 futbolçusu cəzalı duruma düşüb

Azərbaycan millisinin 2 futbolçusu cəzalı duruma düşüb
181baxış

Azərbaycan millisinin futbolçuları Anton Krivotsyuk və Dmitri Nazarov AVRO-2020-nin seçmə mərhələsində cəzalı duruma düşüb.

"Mediapress.az" xəbər verir ki, buna səbəb 21 yaşlı mərkəz müdafiəçisi ilə 29 yaşlı yarımmüdafiəçinin Xorvatiya ilə ev oyununda sarı vərəqə alaraq, limiti doldurmalarıdır.

Müvafiq olaraq 62 və 66-cı dəqiqələrdə vərəqə görən yığma üzvləri oktyabrın 13-də Macarıstan kollektivi ilə səfər görüşünü buraxacaqlar.

Hazırda Xorvatiya millisi 1:0 hesabı ilə öndədir.