\
17 Sentyabr 2019 - Çərşənbə axşamı

“Porsche” qəza törətdi, yol bağlandı

“Porsche” qəza törətdi, yol bağlandı
182baxış

Bakının mərkəzində yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu, Lev Tolstoy və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Porsche panamera” markalı 90-AD-073 dövlət nömrə nişanlı avtomobil dönmə əməliyyatı zamanı Səməd Vurğun küçəsi istiqamətindən gələn “Ford” markalı 99-HX-126 dövlət nömrə nişanlı yük maşınını yandan vurub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. 

Mediapress.az