\
20 Aprel 2024 - Şənbə

“Ege hospital”da müalicə alan 20 yaşlı gənc ölüb

“Ege hospital”da müalicə alan 20 yaşlı gənc ölüb
1437baxış

Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Ege hospital”da ölüm hadisəsi baş verib.

Mediapress.az”ın xəbərinə görə, hospitalda müalicə alan Sabirabad rayon sakini, 20 yaşlı Şamxal Məmmədov vəfat edib.

Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

“Report” məsələ ilə bağlı “Ege hospital”a müraciət edib, lakin xəstəxanadan açıqlama almaq mümkün olmayıb.