\
25 Aprel 2024 - Cümə axşamı

Mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar, orden və medallar təqdim olunub

Mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar, orden və medallar təqdim olunub
1479baxış

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə fəxri adlara, orden və medallara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub. 

"Mediapress.az" xəbər verir ki, Muzey Mərkəzində keçirilən tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev təltif olunan şəxslərin kino, teatr və digər sahələrin görkəmli nümayəndələri olduğunu diqqətə çatdırıb.

Nazir bildirib ki, mükafata layiq görülənlər Azərbaycan xalqının mədəni rifahına öz dəyərli töhfələrini veriblər: "Hər bir yaradıcı insanın arxasında fitri istedadla yanaşı, gərgin əmək dayanır. Sevinirəm ki, dövlət bu fədakar əməyi daim qiymətləndirir. Yaradıcı axtarış elə prosesdir ki, hər birinin özünəməxsusluğu var. Burada hansısa müqayisə sualı ortada olmamalıdır. Hər bir yaradıcı insanın əməyi xalq tərəfindən yüksək dəyərləndirilir".

Ə.Qarayev qeyd edib ki, Azərbaycanın mədəni həyatı zəngin hadisələrlə doludur: "Artıq teatr və konsert müəssisələri mövsümü açır. Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalı olacaq. Eyni zamanda Nəsimi ili ilə bağlı müxtəlif beynəlxalq tədbirlər keçiriləcək. Bu gün mədəniyyət və incəsənət anlayışı cəmiyyətdə özünəməxsus yer tutub".

Daha sonra mükafatlar təqdim olunub.