\
19 Mart 2024 - Çərşənbə axşamı

Azərbaycan səfiri Ukraynanın yeni xarici işlər naziri ilə görüşüb

Azərbaycan səfiri Ukraynanın yeni xarici işlər naziri ilə görüşüb
1372baxış

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin yeni xarici işlər naziri Vadim Pristayko ilə görüşüb.

Bu barədə "Mediapress.az"a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. 

Görüş zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqlarını bildiriblər. Qeyd edilib ki, hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi vacibdir.

Görüşün sonunda səfir V.Pristaykoya oktyabrın 25-26-da keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünə rəsmi dəvəti təqdim edib. Nazir rəsmi dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.