\
19 Mart 2024 - Çərşənbə axşamı

AQTA rəsmisi: "Uşaq bağçalarında məhsullar saxlanma rejimlərinə riayət edilmədən istifadə olunur"

AQTA rəsmisi: "Uşaq bağçalarında məhsullar saxlanma rejimlərinə riayət edilmədən istifadə olunur"
1374baxış

"Uşaq bağçalarında aparılan monitorinqlər zamanı aşkarlanan əsas nöqsanlardan biri işçilərin qida təhlükəsizliyi ilə bağlı normativ-texniki sənədlərin tələbləri ilə tanış olmamalarıdır".

"Mediapress.az" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional bölməsinin rəisi Əkbər Əliyev deyib.

O bildirib ki, uşaq bağçalarının işçiləri tez xarab olan məhsulların hansı şəraitdə saxlanılmasından məlumatsızdılar: "Onlar məhsulun hansı qaydada tədarük olunması, hazırlanması barədə məlumatsızdılar. Əsas nöqsanlar məhsulların saxlanma rejimlərlə riayət edilmədən istifadə edilməsi halları ilə bağlıdır. AQTA regional bölmələrinin əməkdaşları həmin müəssisələrin işçilərinə həmin normativ texniki sənədlərin tələblərini izah edirlər. Bütün sənədlər toplanandan sonra nəticələr barədə ictimaiyyətə geniş məlumat veriləcək".