\
6 Dekabr 2019 - Cümə

Beynəlxalq Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib

Beynəlxalq Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib
571baxış

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) sabiq prezidenti Bruno Qrandi vəfat edib. 

"Mediapress.az" FIG-in rəsmi saytına istinadən xəbər verir ki, italiyalı funksioner 86 yaşında dünyasını dəyişib.

Onun öz ölkəsində xəstəlikdən öldüyü bildirilib. 

Qeyd edək ki, Bruno Qrandi 1997-ci ildən 2016-cı ilə qədər Beynəlxalq Gimnastika Federasiyasına rəhbərlik edib.