\
19 Mart 2024 - Çərşənbə axşamı

Bakı polisi: Vətəndaşların müraciətlərinə baxılması diqqətdə saxlanılır

Bakı polisi: Vətəndaşların müraciətlərinə baxılması diqqətdə saxlanılır
1375baxış

Vətəndaşların müraciətlərinə baxılması diqqətdə saxlanılır.

Bu barədə KİV-ə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər BŞBPİ və tabeli polis orqanlarının şəxsi heyəti tərəfindən vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu işində nizam-intizama, qanunçuluğa riayət olunması diqqətdə saxlanılır: "İnsan hüquq və azadlıqlarının təmin olunması “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nə və “Daxili işlər orqanlarında vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Təlimatın rəhbər tələblərinə əməl olunur".