\
25 Aprel 2024 - Cümə axşamı

“Bakı Metropoliteni”də havalandırma sistemi işləmir? - AÇIQLAMA

“Bakı Metropoliteni”də havalandırma sistemi işləmir? - AÇIQLAMA
1596baxış
Son günlər Bakı Metropoliten QSC-dən narazılıq edən sərnişinlərin sayı çoxalıb. Əsas şikayətlər basabas və havasızlıqdandır. Hətta şayiələr gəzir ki, metropolitenin havalandırma sistemində problemlər yaranıb. 
Buna aydınlıq gətirmək üçün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinın mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq.
“Bilirsiniz, əvvəla sərnişin sıxlığı artıb. Sentyabr ayının 16-da – ilk tədris günündə 800 min sərnişin daşınılıb. Bu rəqəm 1 milyona yaxındır”, - deyə Moderator.az-ın əməkdaşına açıqlama verən Bəxtiyar müəllim, “sərnişinlər gileylənirlər ki, hətta yay fəsillərində belə metroda dəhşətli buxarlanma, istilik, havasızlıq olmamışdı.  Bunun əsl səbəbi nə ilə bağlıdır?” sualına belə cavab verdi:
“Yayla indiki metro arasında heç bir fərq yoxdur. Sərnişinlər əsaslı şəkildə artıb. Havalandırmada problem yoxdur. Hətta Ulduz-Nərimanov mənzilində köhnə ventilyator sökülüb, yenisi ilə əvəzlənib. Bəlkə də elə bu gün istismara veriləcək”.
 O ki qaldı yaranmış problemin aradan qaldırılması üçün qatar artımına və yaxud da hər hansı bir çıxış yoluna, B.Məmmədov bu barədə də danışdı:
- Ümumiyyətlə, ən gur saatlarda belə qatarların sayı 11-ə çatdırılır. İntervalın azaldılması metropolitenin gələcək inkişaf sistemi ilə bağlıdır. Bunun üçün ən azı 5 stansiya tikilməlidir ki, xəttlərin bir-birindən ayrılması problemi başa çatsın. Hazırda ən optimal qrafiklə çalışırıq. Bundan o yana heç nə fikirləşmək olmur. 
 
 
Könül