\
19 Aprel 2024 - Cümə

“Qanunvericilikdə nə göstərilirsə, metropoliten bunu qeyri-şərtsiz icra edir...”

“Qanunvericilikdə nə göstərilirsə, metropoliten bunu qeyri-şərtsiz icra edir...”
1402baxış
Millət vəkili Fazil Mustafa ictimai nəqliyyatda məktəblilərdən gediş haqqı tələb olunmasıyla bağlı məsələlərə münasibət bildirərkən deyib ki, “BNA və Metropoliteni həftə içi günlərdə məktəbli geyimində olan uşağı məktəbə pulsuz daşımalıdır. Uşaq pul qazanmırsa, valideynin də nəqliyyat üçün ödəməyə pulu yoxdursa, uşaq oxumamalıdır?”
 
Məsələyə münasibət bildirən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Moderator.az-a açıqlamasında dedi ki, Nazirlər Kabinetinin qərarıyla yalnız 7 yaşa qədər uşaqlara metrodan istifadə pulsuzdur:
 
“Bakı Metropoliteni” Azərbaycan Respublikasının qanunvericiliyi və normativ aktlarıyla idarə olunan bir təşkilatdır. Metropolitendən hazırda güzəştli istifadə edən sərnişinlər var. Bu sərnişinlərin kateqoriyası həmin qanunlarla və normativlərlə müəyyən olunur. Məsələn, Nazirlər Kabinetinin təsdiq etdiyi Makı Metropolitenindən istifadə qaydalarında 7 yaşa qədər uşaqların metrodan pulsuz istifadə etməsi göstərilir. Bununla yanaşı, ədliyyə polisi, polis əməkdaşları, hərbi qulluqçuların, metro işçilərinin və veteranlarının metrodan pulsuz istifadə etmək hüququ var. Təbii ki, qanunvericilikdə nə göstərilirsə, metropoliten bunu qeyri-şərtsiz icra edir”. 
 
Vasif Əlihüseyn