\
25 Aprel 2024 - Cümə axşamı

İlham Əliyev Maltanın dövlət başçısını təbrik etdi

İlham Əliyev Maltanın dövlət başçısını təbrik etdi
1356baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti Corc Vellaya təbrik məktubu ünvanlayıb.

Mediapress.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".