\
26 Aprel 2024 - Cümə

Şamaxıda iki nəfərin ölümündə təqsirli bilinən sürücü apellyasiya şikayəti verib

Şamaxıda iki nəfərin ölümündə təqsirli bilinən sürücü apellyasiya şikayəti verib
1439baxış

Şamaxıda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Vasif Cabbarov barəsindəki məhkəmə hökmündən apellyasiya şikayəti verib.

"Mediapress.az"ın xəbərinə görə, şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin icraatında araşdırılacaq. İlkin baxış iclası oktyabrın 3-ə təyin edilib.

Qeyd edək ki, Vasif Cabbarov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilib və məhkəmə zalnda həbs olunub.

V.Cabbarov Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, hadisə ötən il iyunun 17-də gecə saat 04:00-da Şamaxı şəhərində baş verib.

Şamaxı sakini, 1968-ci il təvəllüdlü Əflatun Feyzullayevin idarə etdiyi “Qazel” markalı yük avtomobili qarşı tərəfdən gələn, Göyçay sakini, 1998-ci il təvəllüdlü Vasif Cabbarova məxsus “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub. Nəticədə sərnişinlər – Ucar rayon sakini, 1968-ci il təvəllüdlü Sima Məmmədova və Göyçay rayon sakini, 1985-ci il təvəllüdlü Elmin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Bundan əlavə sürücü, V.Cabbarov, Ə.Feyzullayev, sərnişin, 1991-ci il təvəllüdlü Nemət Feyzullayev ağır xəsarət alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.