\
28 Mart 2024 - Cümə axşamı

Tərtərdə 52 yaşlı kişi itkin düşüb

Tərtərdə 52 yaşlı kişi itkin düşüb
1433baxış

Tərtər rayonunda məskunlaşan məcburi köçkün itkin düşüb.

"Mediapress.az"ın Qarabağ mərkəzinin verdiyi məlumata görə, rayonun Çaylı qəsəbəsində müvəqqəti məskunlaşan 1967-ci il təvəllüdlü Rizvan Nəriman oğlu Mirzəliyev bir neçə gün əvvəl evdən çıxaraq geri qayıtmayıb. Bu səbəbdən qohumları bir neçə gündür onun axtarışına başlayıb.

R.Mirzəliyevin itkin düşməsi barədə Tərtər Rayon Polis Şöbəsinə məlumat verilib. Polis şöbəsində R.Mirzəliyev barədə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.