\
29 Mart 2024 - Cümə

Çempionlar Liqası: "Real Madrid" öz meydanında "Brügge"yə qalib gələ bilməyib

Çempionlar Liqası: "Real Madrid" öz meydanında "Brügge"yə qalib gələ bilməyib
1339baxış

"Real Madrid" UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunda "Brügge" ilə heç-heçə edib.

"Mediapress.az" xəbər verir ki, İspaniyada keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

"Brügge"nin heyətində Emmanuel Dennis 9 və 39-cu dəqiqələrdə dubl edib. "Real"ın heyətində Serxio Ramos (55-ci dəqiqə) və Kazemiro (85) fərqləniblər.

Qeyd edilir ki, ispan komandasının heyətində ilk dəfə qapıçı dəyişikliyi baş verib. Belçikalı Tibo Kurtuanın əvəzinə meydançaya Alfons Areolya çıxıb.