\
20 Aprel 2024 - Şənbə

İlqar Mikayıloğlu ATV-dən getdi

İlqar Mikayıloğlu ATV-dən getdi
1436baxış
Aparıcı İlqar Mikayıloğlu ATV-dəki fəaliyyətinə son qoyub.
 
Bununla bağlı Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, öz ərizəsi ilə kanaldan uzaqlaşıb.
 
"Dört gün əvvəl ərizəmi yazdım və getdim. Heç bir kanaldan təklif almamışam" deyən, Mikayıloğlu işdən çıxmasının səbəbini açıqlamaq istəməyib.
 
O, hazırda işsiz olduğunu deyərək "Mənim durumumda olan biri üçün işləmək mütləqdir. Hazırda harada işləyəcəyimlə bağlı heç bir fikrim yoxdur" sözlərini əlavə edib.
 
Qeyd edək ki, İ.Mikayıloğlu sözügedən kanalda "ATV səhər", "İlqarla bir gün", "Gün üzü" kimi verilişlərə aparıcılıq edib.