\
19 Aprel 2024 - Cümə

12 gündür itkin düşən tələbənin təhsil haqqı ödənilə bilər

12 gündür itkin düşən tələbənin təhsil haqqı ödənilə bilər
1423baxış
Bəzi mətbu orqanlarda, eləcə də sosial şəbəkələrdə ailəsinin axtardığı Əsədulla Cəfərovla bağlı bildirirlər ki, guya universitet ona təzyiq göstərib”.
 
Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli deyib. 
 
O bildirib ki, tələbəyə heç bir təzyiq göstərilməyib: "Əgər tələbə sentyabr ayının 15-dən etibarən universitetə gəlmirsə, dərslərdə iştirak etmirsə, ona necə təzyiq göstərilə bilər axı? Ailənin təhsil haqqı ilə bağlı probleminə gəldikdə isə bununla bağlı universitetin rəhbər şəxsləri ilə görüşülə və ya müraciət edilə bilərdi. Qeyd edim ki, təhsil haqqı ilə bağlı bir neçə dəfə universitetdə belə hal olub ki, rektora müraciət etmişik və nəticədə rektor ərizənin üzərinə yazıb ki, bir müddət sonra və ya mərhələli şəkildə təhsil haqqı ödənilsin. Bir şeyi də bildirim ki, rektorun kimisə təhsil haqqından azad etmək kimi hüququ yoxdur”.
 
A.Cəfərli deyib ki, universitet tərəfindən təhsil haqqı ödəyə bilməyənlərə müəyyən köməkliklər göstərilir: "Məsələn, Tələbə Həmkarlar İttifaqı Komitəsi problemi olan tələbələrə ayda müəyyən məbləğdə pul vəsaiti verə bilər. Eləcə də universitetdə pulsuz yemək məsələləri və s. həll edilə bilər. Bu tələbə bizə müraciət etsə, ya ictimailəşdirərək, ya da ki, başqa yollarla onun probleminin həlli yönündə çalışa bilərik”.