\
25 Aprel 2024 - Cümə axşamı

“Azərbaycan Dəmir Yolları”: Bakı-Sumqayıt qatarlarının hərəkəti ləngiyib

“Azərbaycan Dəmir Yolları”: Bakı-Sumqayıt qatarlarının hərəkəti ləngiyib
1381baxış
Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa ləngimə olub.
 
Bu barədə qurumun açıqlamasında bildirilir.
 
Məlumatda həmçinin deyilir ki, nəticədə 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb. Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Hazırda marşrut üzrə elektrik qatarları cədvəl üzrə hərəkət edir.