\
24 Aprel 2024 - Çərşənbə

Təbriz-Bakı aviareysi yenidən açılacaq

Təbriz-Bakı aviareysi yenidən açılacaq
1422baxış
"Azərbaycanın Neftçala rayonunda yerləşən Azərbaycan-İran müştərək avtomobil zavodunda "Khaza”, "Rana” və "Dena” markalı avtomobillər istehsal olunur. Tezliklə bu maşınlardan 10 ədədi Rusiyaya ixrac ediləcək”. 
 
Mediapress.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov bildirib. Səfir deyib ki, zavodun 75%-i Azərbaycanın "Azərmaş” və 25%-i İranın "Khodro” şirkətinə məxsusdur. 
 
B. Hüseynov Təbriz-Bakı aviareysinin yenidən açılacağını da əlavə edib.
 
Qeyd edək ki, sözügedən aviareys üzrə uçuşlar təxminən bir aya yaxındır, ləğv olunub.