\
18 Aprel 2024 - Cümə axşamı

Dünya Kuboku: Teymur Rəcəbov finalın ilk "tay-breyk"ində heç-heçə edib - YENİLƏNİR

Dünya Kuboku: Teymur Rəcəbov finalın ilk "tay-breyk"ində heç-heçə edib - YENİLƏNİR
1396baxış

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında ilk "tay-breyk" görüşünü keçirib.

Mediapress.az ın məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla üz-üzə gəlib. İlk duel 64-cü gedişdə heç-heçə ilə bitib. Bir azdan ikinci qarşılaşma başlayacaq.

Qeyd edək ki, final mərhələsində ümumi hesab bərabər olduğu üçün (2:2) "tay-breyk" oynanılır. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.