\
19 Aprel 2024 - Cümə

ABŞ Monteneqroya hərbi avtomobil satacaq

ABŞ Monteneqroya hərbi avtomobil satacaq
1383baxış

ABŞ ilə Monteneqro arasında hərbi avtomobil tədarükünə dair 36 milyon dollar məbləğində müqavilə imzalanacaq.

Mediapress.az” “Reuters”a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

“ABŞ müqavilə imzalanan kimi NATO müttəfiqimizə 36 milyon dollar məbləğində yüngül nəqliyyat vasitələrinin tədarükünü səbirsizliklə gözləyir”, - Ağ Ev rəsmisi qeyd edib.

Monteneqro ilə təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı fikir bildirən ABŞ dövlət katibi Rusiyanın hazırda dünyada milyonlarla cihaza təsir edən son zərərli proqramına qarşı çarələri artırmaq iqtidarında olduqlarını qeyd edib.

Həmçinin M.Pompeo “Twitter”dəki səhifəsində ötən gün Podqoriçada Monteneqro prezidenti Milo Cukanoviçlə görüşdüyü barədə xəbər paylaşıb.

Qeyd edək ki, ABŞ dövlət katibi 2017-ci ildən NATO üzvü olan Monteneqroya və bu təşkilata qəbul olunma mərhələsində olan qonşu Şimali Makedoniyaya səfər edib.