\
19 Aprel 2024 - Cümə

YAP Yevlaxda müşavirə keçirib

YAP Yevlaxda müşavirə keçirib
1854baxış

Azərbaycan Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədovun sədrliyi ilə Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin müşavirəsi keçirilib.

Mediapress.az” xəbər verir ki, müşavirədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Eldar İbrahimov, YAP Yevlax şəhər təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov və başqaları iştirak ediblər.

Çıxış edən Ə.Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını qeyd edib.

YAP sədrinin müavini deyib ki, Azərbaycan dövləti gücləndikcə əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində növbəti addımlar atılacaq. Azərbaycanın beynəlxalq miqyasda da nüfuzunun davamlı olaraq artdığını deyən Ə.Əhmədov ölkənin dünyada və regionda baş verən proseslərdə fəal mövqe nümayiş etdirdiyini vurğulayıb.

Ə.Əhmədov bu il ölkədə bələdiyyə seçkilərinin keçiriləcəyini deyib və YAP-ın bu seçkilərə hazırlığı məsələləri haqqında da fikirlərini bildirib. O qeyd edib ki, bələdiyyə seçkiləri ilə əlaqədar ölkədə siyasi canlanma müşahidə olunur.

Baş nazirinin müavini Yeni Azərbaycan Partiyasının böyük resurslarının və seçki təcrübəsinin olduğunu deyərək bu seçkilərdə də uğur qazanılacağına əminliyini ifadə edib.

Müşavirədə bələdiyyə seçkilərinə hazırlıq və ictimai-siyasi məsələlərlə bağlı tövsiyyə və tapşırıqlar verilib.