\
20 Aprel 2024 - Şənbə

Bakıda xəstəxananın həyətində gənc oğlan bıçaqlanıb

Bakıda xəstəxananın həyətində gənc oğlan bıçaqlanıb
1392baxış

Qaradağda xəstəxananın həyətində 18 yaşlı gənc bıçaqlanıb.

Mediapress.az”ın xəbərinə görə, hadisə oktyabrın 1-də rayonun Qobustan qəsəbəsində yerləşən Zaur Bayramov adına 9 saylı Birləşmiş Uşaq Xəstəxanasının həyətində baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü İlkin Şərbətəli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Sənan Nəcəflini mətbəxt bıçağı ilə vuraraq xəsarət yetirib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin (CM) 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb və ertəsi günü isə İ.Şərbətəli şübhəli şəxs qismində saxlanılıb.

Daha sonra CM-nin 128-ci maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağıra zərər vurma) maddəsinə tövsif edilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.