\
29 Mart 2024 - Cümə

Bakının mərkəzində "TIR" ilə “Land Rover” toqquşdu - FOTO - Son dəqiqə! - VİDEO

Bakının mərkəzində "TIR" ilə “Land Rover” toqquşdu - FOTO - Son dəqiqə! - VİDEO
1396baxış
Bir neçə dəqiqə əvvəl Parlament prospektində TİR markalı yük maşını ilə ağ rəngli “Land Rover” markalı avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib. 
 
Moderator.az xəbər verir ki, qəzaya səbəb "TIR"ın yol hərəkəti qaydalarına riayət etməməsi olub. Belə ki, sağdan yola dönmək istəyən sürücü öz yolu ilə gedən “Land Rover”i vurub. Nəticədə hər iki maşına ciddi ziyan dəyib. 
 
Qəza ucbatından prospektin yolu iflic vəziyyətinə düşüb və hazırda sürücülər arasında yaranan gərginlik davam etməkdədir.
Könül