\
25 Aprel 2024 - Cümə axşamı

“Biz ölkə rəhbərimizin hər bir fikrini dəstəkləyirik” - Ülvi Mehdiyev

“Biz ölkə rəhbərimizin hər bir fikrini dəstəkləyirik” - Ülvi Mehdiyev
1545baxış
“Biz ölkə rəhbərimizin hər bir fikrini dəstəkləyirik”.
 
Bu sözlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyevə məxsusdur. 
 
Moderator.az-ın dövlət qurumlarının rəhbərləri ilə apardığı sorğuda iştirak edən Ülvi Mehdiyev cənab İlham Əliyevin oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsinə münasibətini bildirib: 
 
“Ölkə rəhbərimizin Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışını dəstəkləyirik. Həm bir Azərbaycan vətəndaşı olaraq, həm də “ASAN” xidmətinin rəhbəri kimi. İşğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün Ali Baş Komandandan nə qərar qəbul edilsə, yerinə yetirməyə hazırıq!”
 
Könül Aypara