\
29 Mart 2024 - Cümə

Goranboyda yanğın nəticəsində ana-bala xəsarət alıb

Goranboyda yanğın nəticəsində ana-bala xəsarət alıb
1382baxış

Goranboyda yanğın olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sarov kəndində qeydə alınıb.

Fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində 1993-cü il təvəllüdlü Rizvan Əliyev və onun anası 1974-cü il təvəllüdlü Gülçöhrə Əliyeva yanıq xəsarətləri alaraq, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onların vəziyyətləri ağır olduğundan paytaxta göndərilməsi nəzərdə tutulub.

İlkin məlumata görə, yanğın təzə təmir olunmuş evdə qeydə alınıb. Belə ki, siqaretdən yaranan qığılcım zamanı döşəməyə vurulmuş dolğu partlayışa səbəb olub.

Təfərrüatlar dəqiqləşdirilir.