\
26 Aprel 2024 - Cümə

Bakı-Sumqayıt yolunda avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb

Bakı-Sumqayıt yolunda avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb
1403baxış

Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb.

Bu barədə "Mediapress.az"a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

O bildirib ki, Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10,5-ci kilometrindən 11,5-ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə bu gündən etibarən təmir işləri aparıldığı üçün avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb:

"Təmir işləri bir neçə gün davam edəcək. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur".