\
26 Aprel 2024 - Cümə

Beyləqanda ev yanıb, xəsarət alan var

Beyləqanda ev yanıb, xəsarət alan var
1399baxış
Beyləqanda yanğın zamanı bir nəfər xəsarət alıb.
 
KİV Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonunun Qaralılar kəndində baş verib.
 
Yanğın zamanı ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Nəticədə bir nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.