\
19 Aprel 2024 - Cümə

“ASAN xidmət”də Yaponiyanın mədəniyyət günləri keçirilib - FOTOLAR

“ASAN xidmət”də Yaponiyanın mədəniyyət günləri keçirilib - FOTOLAR
1499baxış

14 oktyabr 2019-cu il tarixində Sabirabad regional "ASAN xidmət" mərkəzində Yaponiyanın mədəniyyət günləri tədbiri keçirilib.

Bu, ASAN könüllüləri tərəfindən multikulturalizm mövzusunda reallaşdırılan silsilə tədbirlər çərçivəsində gerçəkləşib.

Yaponiyanın ölkəmizdəki səfirliyinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə həmin ölkənin milli geyimləri, mətbəxinin ən məşhur nümunəsi olan suşi nümayiş etdirilib.

Həmçinin milli mətbəximizin təamları hazırlanaraq xüsusi guşədə təqdim olunub.

Mərkəzin könüllüləri tərəfindən oriqami üsulunda hazırlanmış əl işlərinin sərgisi də baş tutub.

Yaponiyanın milli bayramları ilə əlaqədar olan guşədə isə həmin bayramların rəmzləri nümayiş olunub. 

Mediapress.az