\
24 Aprel 2024 - Çərşənbə

Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir

Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir
1471baxış
Vasim Məmmədəliyev “Qurani-Kərim”in tərcüməsində mühüm rol oynamış şəxslərdən biri olub. 
 
Bunu vida mərasiminə qatılan Mübariz Qurbanlı deyib. 
 
O bildirib ki, V.Məmmədəliyev dövlət-din münasibətlərinin yaranmasında əvəzsiz rol oynayıb:
 
“İslam dəyərlərimizin təbliğ və təşviqində öz xidmətləri ilə seçilən V.Məmmədəliyevin itkisi çox ağırdır. O, Azərbaycanın seçilən ziyalılarından biri olub. O, öz arxasında nəhəng bir məktəb qoyub getdi.
 
Təhsil verdiyi gənclər onun yolunu davam etdirəcək. “Qurani-Kərim”in tərcümə olunmasında əvəzsiz rolu olub. Azərbaycan bu gün alimini, ziyalısını, gözəl ailə başçısını, layiqli vətəndaşını itirdi. Allah rəhmət eləsin”.(oxu.az)
vas