\
18 Aprel 2024 - Cümə axşamı

İlham Əliyev Yaponiyanın Baş Nazirinə başsağlığı verib

İlham Əliyev Yaponiyanın Baş Nazirinə başsağlığı verib
1466baxış

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş Naziri Şinzo Abeyə başsağlığı məktubu göndərib. 

Məktubda deyilir: 

"Hörmətli cənab Baş Nazir,

Ölkənizdə baş vermiş “Hagibis” tufanı nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Mediapress.az