\
26 Aprel 2024 - Cümə

Azərbaycanlı milyarder yeni problemlə üzləşib

Azərbaycanlı milyarder yeni problemlə üzləşib
1389baxış

İş adamının İngiltərədəki aktivlərinin bir hissəsi dondurula bilər

Azərbaycanlı biznesmen Fərhad Əhmədov problemlə üzləşib.

“The Daily Mail” yazır ki, iş adamının İngiltərədəki aktivlərinin bir hissəsi dondurula bilər. Buna səbəb F.Əhmədovun keçmiş həyat yoldaşı Tatyana Əhmədova üçün məhkəmə tərəfindən təyin edilən məbləği ödəməkdən imtina etməsidir. Məhkəmənin qərarına əsasən, o, T.Əhmədovaya sərvətindən 450 milyon funt-sterlinq ödəməli olsa da, biznesmen keçmiş xanımının yalnız 5 milyon funt-sterliq köçürüb.

Qeyd edilir ki, F. Əhmədovla xanımı Tatyananın boşanma prosesi Böyük Britaniyanın ən bahalı boşanma proseslərindən biridir. (istipress)

Mediapress.az